“Yaşma” adı gələndə düşmən qaçmağa başlayırdı...” - VİDEOREPORTAJ

Nəqliyyat xəbərləri 11 Dekabr 2020 | 16:20
OXUNUB: 1893

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılan Mübariz Qurbanzadə....

O, Xüsusi Təyinatlı Qüvvələr ki, 44 günlük Vətən Savaşında düşmənin canına vəlvələ salan, yuxusunu ərşə çəkən igid Azərbaycan oğullarından ibarət olub. 

Mübariz keçdiyi döyüş yolundan danışır:

“Düşmən bizim Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərini görəndə öz postlarını qoyub qaçmağa başlayırdı.Səngərdən qaçmağa imkan tapmayanlar isə elə oradaca məhv edilirdi”.

Mübariz Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanır. Buna baxmayaraq, hərbçi yoldaşları onu döyüş meydanından çıxara bilir. Yaralı halda bir müddət yenə döyüşür. 

Bu gün Mübariz Qurbanzadənin səhhəti yaxşıdır. Aldığı yaralar sağalır. Qələbədə böyük pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin bir üzvü kimi ayrıca qürur hissi yaşayır. 

Onu da deyək ki, hərbçimizin əmisi də Birinci Qarabağ Müharibəsində şəhid olub. 

Daha ətraflı Baku TV-nin videoreportajında:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man