Qolunu itirən xüsusi təyinatlı:“Şuşaya doğru 4-5 gün piyada yol getdik” - VİDEO

Nəqliyyat xəbərləri 11 Dekabr 2020 | 13:52
OXUNUB: 909

İlkin Abıyev çox gəncdir, gənc olduğu qədər də cəsurdur, təmkinlidir. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsüdür. Ləqəbi “Qusarlı balası”dır: “1998-ci il 29 avqust tarixində Qusar rayonunun Atlıxan kəndində doğulmuşam. 2015-ci ildə kənd orta məktəbini bitirmişəm. 2016-cı ildə Daxili Qoşunların N saylı hərbi hissəsində əsgər olmuşam. Əsgərliyimi bitirib müddətdən artıq hərbi xidmətə başlamışam. Vətən Müharibəsi başlayan kimi Ali Baş Komandanımızın göstərişi ilə döyüşlərə qatılmışam. Arzu elədiyim döyüş yolu keçmişəm. Daxili Qoşunların əsgəri kimi döyüş yolum Füzulidən başladı. Bu yolda şəhidlərimiz oldu, yaralılarımız oldu”.

Füzuli döyüşlərindən sonra gənc döyüşçümüz Cəbrayıl istiqamətində tərəf irəliləyib: “Rayon ərazisində arama-tarama əməliyyatlarını yekunlaşdırdıqdan sonra Şuşa istiqamətində hərəkətə keçdik. Yollar ermənilərin nəzarəti altında olduğundan ora nə maşın, nə də texnika ilə girə bildik. Şuşaya doğru 4-5 gün 140-150 kilometr piyada yol getdik. Çox çətin yollar idi, dağlıq ərazi idi. Şuşanın girişində qoşulduq əsgərlərimizə. Gecə idi, üstümüzə üç erməni tankı gəldi. İlk mərmilər biz olan əraziyə düşdü, şəhid verdik. Allah hamısına rəhmət eləsin! Mənim isə qolumu qəlpə apardı”.

İlkinə tibbi yardım elə səngərdəcə göstərilib: “Onların tankının arxasından da şəxsi heyət gəlirdi. Nə qədər gəlirdilər, o qədər qırırdıq. Silah və qumbaraatanlarla onların tankının üstünə gedirdik. Biz yol gəldiyimiz üçün meşələrin içi ilə özümüzlə ağır silahlar götürə bilməmişdik. Əlimizdə olan silah-sursatla onların tanklarını vurduq. O qədər qorxaq idilər, tanklarına mərmi dəyməmiş tankla da geri qayıdırdılar”.

Yollar ermənilərin nəzarətində olduğundan, döyüşçülərimiz 3-4 gün səngərdə mövqelərini qoruyub saxlamağa müvəffəq olublar: “Cənab Prezidentə məruzə olundu ki, Şuşa azad olundu. Ondan sonra təxliyə olunduq. Çox şükür ki, bu döyüşlərdə iştirak etmək mənə qismət oldu. Özümü çox yaşı hiss edirəm, bu günümüzə min şükür. Elə burdan xalqımı təbrik edirəm qələbə münasibətilə”.

İlkinin bir bacısı, bir qardaşı var. Yaralanması ilə bağlı xəbəri atasına özü verib. Anası ilə görüşə hələ ürək eləmədiyini deyir, deyir, sağalım, sonra mütləq görüşəcəm!

Qələbədə payı olan 22 yaşlı qəhrəmanımız, bütün diləklərin gerçək olsun!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man