Türkiyə ilə pasport rejiminin ləğv edilməsinin daha bir üstünlüyü - RƏSMİ

Maraqlı 11 Dekabr 2020 | 13:17
OXUNUB: 623

Türkiyə ilə yeni müqavilə iki ölkə arasında turizm göstəricilərinə müsbət təsir edəcək.

Avtosfer.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə açıqlamasında deyib.

O bildirib ki, hazırda pandemiya ilə əlaqədar turizm fəaliyyəti dayandırılıb, lakin iki ölkə arasında bağlanan müqavilənin nəticəsini gələcəkdə müşahidə edəcəyik:

“Ümumilikdə, sərhədkeçmə şərtlərinin sadələşdirilməsi turizmin inkişafına təkan verir. Türkiyə Azərbaycana turist cəlb etmək üçün prioritet istiqamətdir və turizm sənayemiz yaranan yeni imkanlardan gələcəkdə bəhrələnəcək”.

Sektor müdiri əlavə edib ki, Azərbaycana səfər edən xarici ölkənin vətəndaşları sırasında Türkiyə üçüncü yerdədir:

“2019-cu ildə Azərbaycana 316 628 Türkiyə vətəndaşı səfər edib. 2018-ci illə müqaisədə 8,6 faiz artım qeydə alınıb. Eləcə də, Azərbaycana səfər edən xarici vətəndaşların sırasında Türkiyə Rusiya və Gürcüstandan sonra üçüncüdür”.

Qeyd edək ki, 10 dekabr tarixində Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı protokol imzalanıb.

Sazişə əlavə olaraq imzalanmış protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala biləcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man