Qazi Rəhman Nuriyev: Məni yaşadan Böyük Qələbəmizin sevincidir

Nəqliyyat xəbərləri 11 Dekabr 2020 | 11:00
OXUNUB: 612

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük uğurlu döyüş əməliyyatı otuz ildən bəri Ermənistan ordusu tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu, Vətən müharibəsində qazanılan tarixi bir qələbə idi. Əlbəttə, heç bir müharibə itkisiz olmur. Bu müharibədə də şəhidlik zirvəsinə ucalan, qazi adını qazanan oğullarımız oldu. Onlardan biri Kürdəmirin Qarasaqqal kəndindən olan qazi Rəhman Nuriyevdir.

Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, Rəhman Nuriyev 1993-cü ildə zəhmətkeş ailədə dünyaya gəlib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi sahəyə marağı onu Qarabağda hərbi hissələrdən birində gizir kimi xidmətə başlaması ilə nəticələnib. Erməni təxribatı zamanı o, düşmənlə üz-üzə olan hərbi hissədə idi. Sentyabrın 27-də əks-hücum əməliyyatının ilk anlarından baş gizir kimi döyüşə atılıb. Ermənistan ordusunun uzun illərdən bəri torpaqlarımızda qurduğu "keçilməz istehkamları" yarıb keçənlər sırasında döyüşən Rəhman Talış, Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə Azərbaycan əsgərinə xas olan yüksək döyüşçü ruhu və bacarığı ilə seçilib. Baş gizir Rəhman Nuriyev bir neçə dəfə yaralanıb, lakin yaraları yüngül olduğu üçün hospitala getməyib, yenidən döyüşə atılıb. Müharibənin onuncu günü o, partlayış nəticəsində çoxsaylı qəlpə yarası alıb və Bərdə rayonundakı hospitala gətirilib. Həkimlərin səyi ilə Rəhman xilas olub, lakin... Lakin hər iki gözünü itirib və qazilik zirvəsinə ucalıb.

"Məni yaşadan erməni qəsbkarları üzərindəki Böyük Qələbəmizin, torpaqlarımızın azad edilməsinin sevincidir. Mən indi dünya işığına möhtacam, lakin qələbə sevinci mənə güc, qüvvət verir, həyat eşqimi artırır. Dövlətimizin, Prezidentimizin qayğısını öz üzərimdə hər an hiss edirəm. Bu da mənə güc, qüvvət verir", - deyə qazi Rəhman Nuriyev söyləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man