“Tapşırdım ki, heç kim qardaşına Cavidin şəhid olduğunu deməsin” - VİDEO

Nəqliyyat xəbərləri 11 Dekabr 2020 | 08:00
OXUNUB: 818

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də 27 yaşlı Cəfərov Cavid Fərhad oğludur. Müharibənin ilk günlərindən döyüşə atılan Cavid, oktyabrın 2-də yaralı komandirini ərazidən çıxarmağa çalışarkən snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.

“Qafqazinfo”nun əməkdaşları şəhid Cavid Cəfərovun ailəsində olub, anası Nəzakət Cəfərova ilə söhbətləşib.

Nəzakət xanım bildirib ki, Cavid əsgərliyini başa vurduqdan sonra, orduda xidmət etmək qərarına gəlib. O, hərbi xidmətə MAXE-əsgər kimi davam edib.

Nəzakət Cəfərova oğlunun şəhid olması ilə bağlı xəbəri də elə oktyabrın 2-də alıb. Ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng ediləndə, şəhid anası yolda olub. Bu zaman Cavidin adı çəkilən kimi o, özündən asılı olmayaraq qışqırıb və bilib ki, oğluna nəsə olub.

Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.

Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış. Bunun üçün anası nişan üzüyü də almışdı. İndi Cavidin nişan xonçaları onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub...

Qeyd edək ki, Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid 4 yaşında ikən atasını itirib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man