İntiharın bir addımlığındakı Ermənistan: Rəhbərlikdəki yeni təyinatlar nəyisə dəyişə bilərmi?

19 Noyabr 2020 | 14:54
OXUNUB: 2501
Xəbər verdiyimiz kimi Ara Ayvazyan Ermənistan XİN-nə rəhbər gətirildi.

Bəs bu mövcud şəraitdə ölkənin Qarabağla bağlı siyasətində hansısa dəyişikliyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlama verib.
 


"Azərbaycan Ordusu tarixi qələbə qazandı. Eyni zamanda, Azərbaycan bu qələbənin siyasi əsaslarını da təmin etdi. İki gün öncə Rusiyanın Prezidenti Vladimir Putin bildirdi ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz əraziləridir.

Belə mövqenin mövcudluğu fonunda Ermənistanda bu sayaq kadr dəyişiklikləri həmin ölkə üçün məqbul sayılacaq hər hansı bir nəticəyə gətirib çıxarmayacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistan XİN rəhbərliyindəki kadr dəyişikliyinin Qarabağ münaqişəsində yaranmış vəziyyətə heç bir təsiri olmayacaq", - deyə deputat bildirdi.

Onun sözlərinə görə, Ermənistanın yeni XİN rəhbəri imzalanan bəyanata sadiq qalacaq:

"Azərbaycan ərazi bütövlüyünü təmin edən sənədin qəbuluna nail oldu. Ermənistanın yeni XİN rəhbəri də birmənalı olaraq noyabrın 10-da bağlanan üçtərəfli sazişə sadiq qalmaq məcburiyyətində qalacaq. Nəzərə alaq ki, həmin sənədə imzanı ölkənin baş naziri atıb. Belə olan halda onun kabinetinin üzvünün bu imzaya qarşı getməsi mümkün deyil”.

Həmsöhbətimiz qeyd etdi ki, imzalanmış birgə bəyanatdan imtina cəhdinin Ermənistana olduqca baha başa gələcəyini bu ölkədə hamı gözəl anlayır:

"Bunu Rusiya Prezidenti də açıq şəkildə ifadə edib. Putin deyib ki, Ermənistanın belə cəhdi onun üçün intihara bərabər olacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistanda yüksək vəzifəli şəxs heç bir halda açıq şəkildə həmin sənədə qarşı getməyəcək”.

Elçin
Sfera.az



Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man