Nazirlik əməkdaşları Vətən müharibəsinin qazisi ilə görüşdü

Nəqliyyat xəbərləri 09 Dekabr 2020 | 13:36
OXUNUB: 486

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Rüstəm Məmmədovla və onun ailə üzvləri ilə görüşüblər. Göyçay rayonu, Müskürlü kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib.

Bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib:

“Ailəyə bildirilib ki, Rüstəmin əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti işlər aparılacaq.
Qeyd edim ki, ona əlillik dərəcəsi təyin edildiyi halda müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlərlə (təqaüd və müavinət) təmin olunacaq”.

Qeyd olunub ki, Rüstəmin atası Ramazan Məmmədov və qardaşı Ruslan hazırda işləyirlər:

“Anası və orta məktəbi bitirmiş bacısı işsiz olduqları üçün onlara rayon ərazisində vakansiyalar, özünüməşğulluq proqramına cəlb edilmələri təklif olunub. Lakin anası yalnız kənd bağçasında işləyə biləcəyini (hazırda bağçada vakant yer yoxdur) deyib. Bacısının isə yalnız kəndlərində işləmək istəyinə uyğun olaraq ona bu istiqamətdə dəstək göstərilməsi üçün işlər görülür. Ailənin daha bir uşağı isə məktəblidir”.

“Ailə istifadəsində olan, lakin hələ də Rüstəmin vəfat etmiş nənəsinin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirərsə, ünvanlı yardım üçün müraciət edə biləcək. Bu barədə də ailə üzvlərinə məlumat verilib”, - deyə nazirlik rəsmisi qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man