Şəhid atası: “Son danışığında dedi ki, mənimlə qürur duyacaqsan”

Nəqliyyat xəbərləri 08 Dekabr 2020 | 13:42
OXUNUB: 498

“Davud hər zaman can atırdı ki, Vətənə olan borcunu yerinə yetirsin. Hərbi xidmətdə də həmişə fəal olub”.

Trend-in məlumatına görə, bunu şəhid Davud Qurbanovun atası Tariyel Qurbanov deyib.

Onun sözlərinə görə, oğlu Suqovuşanın işğaldan azad olunması üçün aparılan əməliyyatlarda iştirak edib:

“Oktyabrın 2-də zəng etdi. Mənimlə, anası ilə, qardaşı ilə danışdı. Dedi ki, narahat olmayın. Fəxrlə dediyi son sözü də bu oldu ki, ata, mənimlə qürur duyacaqsan. Biz Davudla fəxr edirik. Fəxr edirik ki, bu şanlı qələbədə Davudun da payı var”.

Şəhidin anası Qənirə Hacıyeva da Davudun çox vətənpərvər olduğunu söyləyib:

“Həmişə deyirdi ki, mən qəhrəman olacam. Bayrağı yazı stolunun üstünə asmışdı. Onunla telefonla danışanda dedim ki, sənin bayrağını yuxarı qaldırmışam, pəncərədən asmışam. Dedi ki, as, ana, bizim bayrağımız həmişə yuxarıda olmalıdır. Mən qələbə ilə gələcəm, siz mənimlə fəxr edəcəksiniz. O, çox düşüncəli uşaq idi. Davud ölməyib, o, ancaq şəhid olub. Davud özü də mənə həmişə deyirdi ki, ana, şəhidlər ölmürlər, şəhidlər yaşayırlar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man