Şimşək-S PUA-larla mübarizə sistemləri - TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Maraqlı 08 Dekabr 2020 | 12:54
OXUNUB: 541

Rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə artıq yeni zəfər tariximizi zamanlara həkk etdi. 44 gün davam edən müharibənin müvəffəqiyyətində Azərbaycan Ordusunun ixtiyarında olan pilotsuz uçuş aparatlarının (PUA) böyük rolu olub. PUA-larla yanaşı, bu müharibədə istifadə edilən digər texnoloji avadanlıqların da əhəmiyyətini etiraf etmək lazımdır.
İnnovasiyalar Agentliyindən TED.az-a bildirilib ki, bunlardan biri də Qroza-S (Şimşək-S) - PUA-lar ilə mübarizə sistemləridir. 
Belarus Respublikasının KB Radar sənaye şirkətinin istehsalı olan Şimşək-S kompleksi yüngül və aşağıdan uçan müasir PUA-ları aşkarlayaraq onları müşayiət edən, uçuşlarına yardımçı olan yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlayan bir sıra imkanlara malikdir. 
Hədəfi aşkar etdikdən sonra kompleksin operatoru növbəti tədbirlərin metodunu seçir və onu şəraitə uyğun şəkildə "emal" edə bilir:
• pilotsuz vasitələri marşrutundan yayındıra bilir
• onu yerə enməyə məcbur edə bilir
• onun vəzifələrinin icrasına müdaxilə edə bilir
Şimşək-S yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsini təmin edir. İlk halda, aşkarlama məsafəsi 10 kilometr, ikinci halda isə 50 kilometrə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir. Şimşək-S kompleksi döyüş meydanına çatdıqdan sonra stansiyanın yerləşdirilməsinə 10 dəqiqədən az zaman tələb olunur.
Vətən müharibəsində bu kompleksdən istifadə edərək Tovuz istiqamətində düşmən PUA-sı aşkarlanıb.
Hazırda Azərbaycan Ordusunun ixtiyarında həmin şirkətin digər mobil radar kompleksləri də mövcuddur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man