Yuxusunda şəhid olacağını görən leytenant - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 08 Dekabr 2020 | 09:32
OXUNUB: 917

Azərbaycanın qəhrəmanlarından biri də Şamaxının Qurdtəpə kəndində tarix müəlliminin tarix yazan oğlu leytenant Orxan Nəbiyevdir.  

“ARB Xəbər” şəhid leytenant Orxan Nəbiyevin keçdiyi həyat yolundan süjet hazırlayıb.

Qardaşı Əmirxan Nəbiyevin dediyinə görə, döyüşlərdə ilk dəfə Orxanla təsadüf nəticəsində Suqovuşanda qarşılaşırlar. Qızğın döyüşdə Orxan qardaşını ölümdən xilas edir. Əmirxan xatırlayır:

“Doğma birinin gözünün qabağında sağ olduğunu görürsən, qoxusunu duyursan və bu vaxt ermənilər atəş açdı. Orxan məni itələyib özü üstümə uzandı. Dedi ki, özünü qoru. Məndən ötrü, nəinki məndən, bütün Azərbaycandan ötrü canını verməyə hazır idi”.

Şücaətinə görə “Qorxmaz” ləqəbi ilə çağırılan Orxan axşam yuxusunda şəhid olacağını görür. Əsgərlərinə “bu gün şəhid olacağam, amma qardaşım bilməsin” deyir. Orxanla qardaşının son görüşü də elə yuxusunu gördüyü günün səhəri olur.

Orxan oktyabrın 14-ü Suqovuşan yüksəklərində gedən döyüşlərdə snayperlə başından vurularaq şəhadətə qovuşur.

Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man