Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?

Nəqliyyat xəbərləri 07 Dekabr 2020 | 22:16
OXUNUB: 1478

Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Birinci Qarabağ müharibəsinin iştirakçısı, "Ermənistanın Milli Qvardiyası" ictimai təşkilatının rəhbəri, rejissor Arşak Zakaryan aciz duruma düşüb.

Avtosfer.az xəbər verir ki, Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:

"Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi - red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, "böyüyəcəksən, Anini geri alacaqsan". Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək".

Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi. (ölkə.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man