Bununla təsginlik tapıram ki, balam torpaq, Vətən yolunda şəhid olub. O, həm özünün, həm də mənim başımı uca edib.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu şəhid Mənsur Əhmədovun babası Mamed Əhmədov deyib.
Onun sözlərinə görə, Mənsur hərbçi olmağı torpaqları işğaldan azad etmək üçün istəyirdi:
"Deyirdi ki, mən şəhid olsam, ağlamayın. Mən torpaq uğrunda gedirəm".
Laçının Çıraqlı kəndindən köçkün olan M.Əhmədov oktyabrın 21-də nəvəsinin nəşini Füzilidən gətirdiklərini deyir.
Şəhidin anası Səmayə Əhmədova bildirib ki, müharibə başlayandan ön cəbhədə olan Mansur çox vətənpərvər oğlan olub:
"Ürəyi götürmürdü ki, torpaqlarımız ermənilərdədir. Kaş, heç olmasa, Laçını görərdi...".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man