İtaliya Senatının üzvü: Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır

Nəqliyyat xəbərləri 06 Dekabr 2020 | 20:16
OXUNUB: 974

İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Ağdama səfər etməkdə məqsədi müharibəni yenidən alovlandıran səbəblər, müharibənin nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır.

“Report” xəbər verir ki, bu barədə İtaliya Senatının üzvü Adolfo Urso bildirib.

O, qeyd edib ki, insani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir.

“Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”, - deyə Adolfo Urso vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man