Ermənistan anlaşmanı poza bilərmi? – "Rusiya Yerevana belə bir fürsət verməz"

12 Noyabr 2020 | 13:28
OXUNUB: 3395

"Proseslər bu istiqamətdə inkişaf edərsə Rusiya kənara çəkiləcək və göz yumaraq, Azərbaycan Ordusuna imkan verəcək ki, daha da irəli getsin”.


Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanda hakimiyyət dəyişəcəyi təqdirdə əldə edilən üçtərəfli razılaşmanın pozula biləcəyi ehtimalına toxunarkən politoloq Nazim Cəfərsoy deyib.



O bildirib ki, mövcud prosesi pozmağa çalışanların başında Rusiyadakı Ermənistan qruplaşması dayanır:


"Müəyyən qrup, Ermənistandakı klan və Rusiyadakı tərəfdarları çalışır ki, anlaşmanı sabotaj etsinlər. Bu isə əslində Rusiyanın prosesdəki roluna və Putinin şəxsinə meydan oxumaqdır.

 

Ermənilərdən qaynaqlanan pozuculuqla proses baş tutmasa Putinin və Rusiyanın beynəlxalq münasibətlərdəki və Qafqazdakı nüfuzuna mənfi mənada təsir edəcək. Həmçinin, Putinin Rusiya daxilində nüfuzunu sarsıdacaq. Digər tərəfdən, Ermənistanda hakimiyyət dəyişsə və anlaşma baş tutmasa Rusiya ilə Türkiyə arasında Qafqazlarda ciddi ziddiyyətlər yarana bilər. Nəticədə bu rus-türk münasibətlərinin bütün istiqamətlərinə təsir edəcək”.



Həmsöhbətimiz düşünür ki, anlaşmanın pozulması bölgədə vəziyyətin gərginləşməsinə, müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq:

 

"Belə olacağı təqdirdə isə rus sülhməramlıları müharibə tərəfləri arasında qalacaq. Belədə Rusiya məcbur olacaq ki, Azərbaycanın hərbi müdaxiləsinə seyrçi qalsın. Yəni, Rusiya kənara çəkiləcək və göz yumaraq Azərbaycan Ordusuna imkan verəcək ki, daha da irəli getsin.

 

Bu ssenari mümkündür və bu, Azərbaycan üçün indikindən daha yaxşı variantdır. Amma prosesin bu istiqamətdə davam edəcəyi inandırıcı görünmür. Rusiya əldə edilən razılaşmanı pozmaq istəyən erməni siyasi qüvələrinə bu fürsəti tanımayacaq”.

 

 

Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man