Azərbaycan Sığortaçılar Assosiasiyası yeni layihənin icrasına başlayıb

Yeniliklər 04 Dekabr 2020 | 17:54
OXUNUB: 731

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni video-layihənin icrasına start verib.

ASA-dan verilən məlumata görə, layihənin başlıca məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır.

Layihə çərçivəsində hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin olunur. Bütün bu proseslər video çəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qaşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir.

Layihə üzrə hazırlanmış maarifləndirici çarxlar ASA-nın yutub səhifəsində mütəmadi yayımlanacaq.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man