Maradonanın iki saat taxmasının sirri açıldı - FOTO

Maraqlı 04 Dekabr 2020 | 10:37
OXUNUB: 586

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın iki saat taxmasının sirrini açıqlayıb.

Bu barədə “Championat” xəbər yayıb.

Onun sözlərinə görə, bu sirri Madriddə onların ilk görüşlərindən biri zamanı öyrənib.

“Maradona ilə şam edəcəkdik. O, qolunda iki saatla gəldi. Mən bunun səbəbini soruşdum. O, bunun qızının hədiyyəsi olduğunu deyərək, başqa şəkildə evdən çıxmadığını söylədi. Yeməyin sonunda Diego saatlardan birini çıxarıb mənə hədiyyə etdi. Götürmək istəmədim, amma o, əsəbləşdi və çıxış yolum qalmadı”, - deyə Ronaldo xatirəsini bölüşüb.

O, Maradonanın səxavətini və dostluqlarını xatırlatmaq üçün bu saatı ömrünün sonuna qədər saxlayacağını vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man