"Falcon Eye" peyki kosmosa göndərildi

Yeniliklər 04 Dekabr 2020 | 10:22
OXUNUB: 597

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlətinin yaranmasının 49-cu ildönümü günü münasibətilə dekabrın 3-də Fransanın Qvineya adasındakı kosmodromdan əmirliklərin Falcon Eye (Şahin gözü) peyki fəzaya buraxılıb.
Peyk Rusiyanın Soyuz T raketdaşıyıcısı vasitəsilə kosmosa göndərilib.
BƏƏ-nin Kosmik Uçuşlar Mərkəzinin məlumatında bildirilir ki, ümumi çəkisi 1190 kiloqram olan peykin öz daxilində orbitə buraxılacaq əlavə 12 kiçik peyk var. Onların hamısı ən müasir optik müşahidə kameraları ilə təchiz edilib. Peyklər rabitə, Yerin atmosferinin monitorinqi və digər funksiyaları yerinə yetirəcək və orbitdə 10 il qalacaq.
Qeyd olunub ki, kosmik fəzaya göndərilən peyklər BƏƏ mütəxəssisləri tərəfindən Əbu-Dabidəki təsislərdə hazırlanıb. (ted.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man