Ərdoğan Həsən Ruhani ilə telefon danışığında Qarabağ məsələsini müzakirə edib

Nəqliyyat xəbərləri 03 Dekabr 2020 | 22:27
OXUNUB: 733

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki ölkənin lideri həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını ifadə edib. 

Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq deyib ki, region yeni bir mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man