Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 03 Dekabr 2020 | 20:53
OXUNUB: 669

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Cəyirli-Bəydövül yolunun Ləkçıplaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Ləkçıplaq kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Beydullayevin idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili qarşı tərəfdən gələn həmkəndlisi, 1992-ci il təvəllüdlü Cavanşir Bilalova məxsus "Hyundai" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də "Hyundai" markalı avtomobildəki sərnişinlər, sürücünün bacısı 1994-cü il təvəllüdlü Sona Cavadova, xalası Şəfaqət Əliyeva və Lalə Əhmədova xəsarət alıb. 

Məlumata görə, Cavanşir Bilalov ailə üzvləri ilə birgə İkinci Qarabağ Müharibəsində şəhid olan qardaşı Abdulcəmil Bilalovun məzarını ziyarət etməyə gedərkən avtomobil qəzası baş verib. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 / 3

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man