Azad olunan ərazilərə ilk kimlər köçürüləcək?

Nəqliyyat xəbərləri 03 Dekabr 2020 | 13:49
OXUNUB: 1117

Azərbaycan Ordusu tərəfindən azad olunan torpaqlarda təmizləmə və yenidən qurma işləri davam edir. Bütün bu proseslərdən sonra əhalinin köçürülməsinə başlanıla bilər. Bəs, köçürülmə zamanı öncəlik hansı şəxslərdə olacaq?

Avtosfer.az xəbər verir ki, redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, işğaldan azad olunan ərazilərə ilk olaraq oranın sahibləri getməlidir:

"Oralar bir müddət sonra cənnətə çevriləcək. Hamının orda torpaq payı, evi, sahələri var. Bu torpaqların hər birinin öz sahibi var. Azərbaycanın müxtəlif ərazilərində yaşayan məcburi köçkünlər ora gedəcəklər.

Qərbi Azərbaycandan olan həmyerlilərimiz isə torpaq alaraq orada qala bilər. Çünki torpaq xüsusi mülkiyyətdir. Bu baxımdan insanların hansı bölgədən olması fərq etmir. Lakin köçürülməyə gəldikdə isə, ilk olaraq həmin torpaqların öz sahibləri evlərinə geri qaytarılacaq. Həmin torpaqların qeydiyyatlı əhalisi köçürülənlər arasında ön sırada olacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man