Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da...

Nəqliyyat xəbərləri 02 Dekabr 2020 | 23:31
OXUNUB: 945

Alınmaz qala adlandırılan Şuşa şəhərənin azad olunmasında bir çox əsgər və zabitlərimizin əməyi var. Həmin şəxslər arasında öz şücaətləri ilə seçilən Cavidan və Cəfər qardaşlarının da adlarını çəkmək yerinə düşər.

Avtosfer.az Trend-ə istinadən bildirir ki, Hüseynov Cavidan və Hüseynov Cəfər qardaşları hərbçidir. Hər iki şəxs döyüşlər başlayan gündən cəbhədə olublar.

Biləsuvar rayonu Yuxarı Cürəli kəndindən olan qardaşlar müharibə zamanı yaralansalar da, sağalaraq yenidən döyüşlərə qayıdıblar.

Yaxınlarının veridyi məlumata görə, sağaldıqdan sonra da şücaət göstərən qardaşlar Şuşa uğrunda döyüşlərdə yenidən yaralanaraq qazi adını alıblar.

Bundan əlavə, hər iki şəxs bir neçə hərbçi yoldaşının həyatını xilas edib. Döyüş bölgəsində qalan şəhidlərin nəşini oradan çıxararaq aydiyyəti şəxslərə təhvil verməkdə də köməklik göstəriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man