"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu - FOTO

Yeniliklər 02 Dekabr 2020 | 22:40
OXUNUB: 727

Bakıda, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb.

Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, lift nasazlıq səbəbindən işləməsə də, hazırda istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

"Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb. Nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur".

Əlavə olunub ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man