Yol polisindən ittihamlara cavab: fəaliyyətimizə kölgə salırlar - FOTO

İctimai nəqliyyat 02 Dekabr 2020 | 15:00
OXUNUB: 3636

Şair Xanəmir Telmanoğlu Koroğlu metrostansiyasının yanında xidmət aparan yol polisi əməkdaşları ilə bağlı “Facebook” hesabında şikayət xarakterli yazdığı yazıya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin ərazidə avtomobillər intensiv hərəkət etdiyi üçün yolda dayanma-durma qadağan edilib. Bu yolda dəfələrlə  avtomobil qəzaları və piyada vurma halları baş verdiyi üçün yol polisi əməkdaşları ərazidə ciddi xidmət aparır. Yolun dayanma-durma qadağan olunan yerində bir avtomobilin dayanması həm hərəkət sıxlığına, həm də qəzaların baş verməsinə gətirib çıxarır. Xanəmir Telmanoğlu yazdığı yazıdan sonra dərhal araşdırmaya başladıq və məlum oldu ki, ərazidə xidmət aparan polis əməkdaşları dayanma-durma qaydasını pozan sürücülərə qanuni şəkildə protokol tərtib edib. Həmin əməkdaşların hərəkətində hər hansı bir nöqsana yol verildiyi isə qeydə alınmayıb. Sözsüz ki, Xanəmir Telmanoğlunun yazdığı yazı qərəzlidir və eyni zamanda Dövlət Yol Polisinin fəaliyyətinə kölgə salmaq istəyidir.

 

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man