Putindən Dağlıq Qarabağla bağlı daha bir AÇIQLAMA

Nəqliyyat xəbərləri 02 Dekabr 2020 | 15:17
OXUNUB: 1152

"Rusiya Qarabağda göstərilən humanitar səylərə MDB, KTMT üzvü olan tərəfdaş ölkələrin də qoşulmasında maraqlıdır".

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşünü açarkən bildirib.

O, həmçinin Azərbaycan, Rusiya, Ermənistan arasında Qarabağla bağlı razılaşmalarının həyata keçirildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man