Xankəndidə məktəb binası minadan təmizlənib

Nəqliyyat xəbərləri 02 Dekabr 2020 | 11:04
OXUNUB: 852

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı sosial əhəmiyyətli obyektlərin minalardan təmizlənməsi üzərində işi davam etdirir. Avtosfer.az Sputnik-in erməni bölməsinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ötən gün ərzində Xankəndidə yerləşən 10 saylı orta məktəbin ərazisindəki partlayıcı maddələrin axtarışı və təmizlənməsi başa çatdırılıb. Eyni zamanda elektrik enerjisi, istilik təchizatı, habelə lazımi ləvazimatların təhlükəsiz çatdırılması istiqamətində iş aparılıb.
Yaxın gələcəkdə Rusiya sülhməramlılarının dəstəyi ilə başqa təhsil müəssisələrinin açılması planlaşdırılır.
Qeyd edək ki, bu günə kimi mühəndis bölmələri Dağlıq Qarabağda 34 hektardan çox ərazini, 12 kilometrə yaxın yolu minalardan təmizləyib, 110-dan çox evi və sosial obyekti yoxlayıb. 1077 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man