Erməni fəal: “Bir müttəfiqimiz ola bilər - bu, qonşu Azərbaycandır”

07 Noyabr 2020 | 16:41
OXUNUB: 3367
Ermənistanlı fəal Georgi Vanyan ölkəsinin Baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.

"Facebook" hesabından etdiyi müraciətində o, bildirir ki, Ermənistan beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoymalıdır:

"Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərin həddini keçib. Bu cinayətkar qələbə cəfəngiyyatını dayandırın: qonşuya qalib gəlinməz, qonşu tapdalanmaz, qonşu məhv edilməz. Qonşu ilə danışmaq, ortaq dil tapana, qarşılıqlı anlaşmaya qədər danışmaq lazımdır.

Qonşuların bir-birini məhv etməsi tərəflərin özlərini məhv etməsinə aparır.

"Strateji müttəfiq” xilasedici gücü ilə əlaqəli cinayətkar yalanı unudun, bundan imtina edin.

Davam edən bu qırğın şərtlərində müttəfiq axtarmağı unudun, beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoyun.

Fəaliyyətsizliyə son qoyun, millətçi tabuların cinayət ətalətini dəf edin.

Son 30 ildə, xüsusən bu gün bir müttəfiqimiz ola bilər və var, bu müttəfiq qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man