Belarusda qeyri-adi qəza müşahidə kamerasında görüntülənib.
Avtosfer.az xəbər verir ki, hərəkətdə olan “KİA Sorento” markalı avtomobil idarəetməni itirib.
Sürücü manevr edərək qarşıdakı avtomobili keçmək istəyib. Yol buzlu və qarla örtülü olduğundan sürüşərək aşıb. Sonradan məlum olub ki, sürücü yay təkərlərini qışla əvəz etməyib.
Yaranan təhlükəli vəziyyət yolda qaçan piyadaya dəhşətli anlar yaşadıb. Xoşbəxtlikdən nə piyada, nə də avtomobildə olan sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etdiklərinə görə xəsarət almayıb.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man