“Bərdə” gəmi-bərəsi təmir olunub

Yeniliklər 30 Noyabr 2020 | 17:52
OXUNUB: 584

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb.

ASCO-dan  verilən məlumata görə, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man