Canatu texnologiya şirkətinin mütəxəssisləri papaqlarını boş yerə günə yandırmırlar – onlar avtomobil sahiblərinin həyatını asanlaşdırmaq üçün istənilən mütərəqqi texnologiyaları icad etməklə məşğuldurlar. Bu yaxınlarda finlər fənərlərin ağıllı təmizlənməsi sistemini təqdim ediblər. İndi isə, onlar avtomobil interyeri və motosikl oturacaqları üzrə ixtisaslaşmış TS Tech şirkətindən olan yapon həmkarları ilə bir araya gələrək, ictimaiyyəti gələcəyin erqonomikası ilə tanış ediblər.
İdeya müəlliflərinin bildirdiyi kimi, nou-hau üçüncü səviyyəli pilotsuz nəqliyyat vasitələri - yəni, marşrut üzrə müstəqil şəkildə hərəkət edə bilən avtomobillər üçün nəzərdə tutulub. Belə sistemin mövcudluğu sürücünü minimum müşahidəçiyə, maksimum isə sərnişinə çevirdiyi üçün, standart erqonomik həllərin yenidən nəzərdən keçirilməsinə tələbat yaranır. Lakin, Finlandiyadan olan mütəxəssislər xırda işdən başlayıblar: onlar oturacaqların idarə olunması düymələrini daxili qapı tutacaqlarına keçiriblər.
Bu gözəllik, şəffaf Carbon NanoBud (CNB) örtüyü sayəsində reallaşdırılır. Finlər bu örtüyün köməkliyi ilə istənilən səthdə sensorlu düymələri yerləşdirməyin və onlara istənilən funksiyanı təhkim etməyin mümkün olduğunu iddia edirlər. Bir çoxlarının pilotsuz gələcəyi səbirsizliklə gözlədiyindən əmin olmasaq da, yeni həll yolunun diqqət cəlb edəcəyindən şübhə etmirik. (autograph.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man