Xaricdə təhsil alan azərbaycanlı məzunlardan bəyanat

Yeniliklər 14 Oktyabr 2020 | 00:12
OXUNUB: 1310

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının 7 oktyabr 2020-ci il tarixli bəyanatı yayıb.

Avtosfer-in məlumatına görə, bəyanatda bildirilir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının birgə əməkdaşlığı çərçivəsində 27 sentyabr 2020-ci il tarixindən yenidən aktivləşən Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılır.

Qeyd edək ki, fəaliyyət qrupunun icra planı aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

- Məzunlarımızın birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası;

- Bu münaqişədən keçmişdə və cari halda əziyyət çəkmiş, və yaxud, araşdırmaları ilə töhfə vermiş məzunlarımızın (ölkə daxili və xaricindəki) və ekspertlərin iştirakı ilə video materialların hazırlanması;

- Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək;

- Beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması.

Bütün məzunlarımızı və dostlarımızı fəaliyyət istiqamətlərimizə dəstək olmaq üçün könüllü olmağa çağırır və müracitələrini gözləyirik.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man