Hərbi ekspert: "Ermənilərin Hadrut barədə yalan məlumatları onların növbəti həyasızlığıdır"

Nəqliyyat xəbərləri 13 Oktyabr 2020 | 11:54
OXUNUB: 515

Ermənistan silahlı qüvvələri öz uğursuzluqlarını ört-basdır etmək üçün indi də yalan informasiyalar yaymağa başlayıb.

Avtosfer.az bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, indi də erməni əhalisini aldatmaq üçün guya Hadrut qəsəbəsinin onlarda olduğunu deyirlər: "Bu, ermənilərin həyasızlığıdır. Ermənilər həmişə yalanları ilə tanınıb. Hadrut qəsəbəsi işğaldan azad olunub, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb, həmçinin işğaldan azad edilən ərazilərin mütəmadi olaraq görüntüləri çəkilib ictimaiyyətə də təqdim edilir. Azərbaycan əsgərinin uğurları davam edir. Prezident, Ali Baş Komandan İlham Əliyev Türkiyə telekanalına müsahibəsində maraqlı bir fikir bildirdi və bu fikrə diqqət yetirsək, hər şey məlum olar. Cənab Prezident bildirdi ki, hələ bir çox xoş xəbərlərimiz var, sadəcə onları tədricən açıqlayacağıq. Bu o deməkdir ki, Azərbaycan əsgəri işğal altındakı bir çox əraziləri də azad edib və yaxın vaxtlarda biz o xəbərləri də eşidəcəyik. Ermənistana isə sadəcə yalan informasiyalar qalacaq".

Ü.Cəfərov bildirib ki, artıq ermənilərin bəzi havadarları da onların tərəfini saxlayaraq Azərbaycan Ordusuna qarşı kampaniya aparmağa başlayıb: "Rusiya mətbuatı Azərbaycan əsgərini başqa yöndə təqdim etmək istəyir. Amma kim nə deyir desin, Azərbaycan əsgəri öz işindədir və verilən tapşırıqları uğurla icra edir".

 

Nərminə

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man