Aida Serobyan 1990-cı ildən etibarən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin “tibb bacısı” kimi fəaliyyətə başlayıb. 14 aprel 1992-ci ildə Qarabağa xüsusi “həkim qrup”ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstə tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə gedib.
1992-1994-cü illərdə o, Ağdərə, Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğal əməliyyatlarında iştirak edib, “Artsiv” terror dəstəsinin tərkibində vuruşub. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də “sınaq təcrübələri” aparan Aida Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melikonyanın dəstəsində də olub. Göstərdiyi “xidmət”lərə görə Melikonyan tərəfindən “Ağ xaç”la mükafatlandırıldığını bildirən Serobyan 1992-ci ilin avqust ayından etibarən Qarabağın Çıldıran, Ballıqaya, eləcə də Kəlbəcərin Qozlu kəndlərinin işğal və təxribat əməliyyatlarında iştirak edib.
30 iyun 1994-cü ildə Ermənistana geri dönən Aida Serobyanı azərbaycanlı körpələrin qətl və şikəst edilməsindəki əməyi müqabilində Ermənistanın və Qarabağdakı separatçı rejimin “Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ermənistan Respublikası tərəfindən dəstəklənən və erməni dövlət strukturunda çalışan Aida Serobyan hazırda 1998-ci ildən yaratdığı “Qadın döyüşçüləri birliyi”nin sədri olaraq özünü erməni cəmiyyətinə vətənpərvər və ictimai şəxs kimi tanıtmağa çalışır. Yaratdığı “cəmiyyət” daxilində hərbi təcrübələrin öyrənilməsinin vacib olduğunu bildirən Aida Serobyan, əslində mövcud müharibə təhlükəsinə hazırlaşaraq, yeni-yeni erməni qadın döyüşçülər, “həkim”lər və qadın terrorçular hazırlamaqla məşğuldur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man