Yol polisi karantinlə bağlı bütün sürücülərə MÜRACİƏTetdi

İctimai nəqliyyat 12 Oktyabr 2020 | 11:37
OXUNUB: 2198

Məlum olduğu kimi, “COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi  karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb. Lakin son günlərdə  gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər BPİ DYPİ sərnişindaşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır: "Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar.  Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.

Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.

Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik".

 

Nərmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man