Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 99-GS-741 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil sürət həddini aşaraq, arxadan 99-XA-325 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. “Opel“ bundan sonra yol kənarında dayanan 50-BT-345 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man