Sürücülər və sərnişinlər arasında dava; polis bibər qazı ilə ayırdı  - VİDEO

Nəqliyyat TV 09 Oktyabr 2020 | 18:00
OXUNUB: 1600

Türkiyənin İstanbul şəhərində iki avtomobilin iştirakı ilə baş verən qəzadan sonra sürücülər və sərnişinlər arasında dava olub. Avtosfer.az xəbər verir ki, hadisə Beylikdüzü rayonunda qeydə alınıb. Bu barədə “DHA” məlumat yayıb.

Agentliyin məlumatına görə, rayonun “Atatürk” prospektində iki nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib. Hadisədən sonra avtomobilin içərisində olan şəxslər arasında sözlü mübahisə yaşanıb. Mübahisənin böyüməsi ilə tərəflər dalaşmağa başlayıblar. Davanı görən ətrafdakı vətəndaşlar vəziyyəti polisə bildiriblər. Hadisə yerinə gələn asayiş keşikçiləri, dava edən şəxslərə bibər qazı ilə müdaxilə edərək onları ayırıb. Polis davada iştirak edənlərdən 3-ünü həbs edərək bölməyə aparıb, daha 2 nəfər isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man