Qırmızıdan keçən sürücü böyük xərcə səbəb olan qəza törədib – ANBAAN VİDEO

Nəqliyyat TV 08 Oktyabr 2020 | 20:41
OXUNUB: 3988

Rusiyanın Sankt-Peterburq şəhərində qırmızıdan keçən sürücü yüksək xərcə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, nəqliyyat vasitələrinin tıxacda gözlədikləri və qəfildən “Marata” küçəsindən qara rəngli “Skoda”nın işıqforun qadağanedici siqnalından keçərək iki maşının arasından “Nevsk” prospektinə daxil olduğu görülür. Bu zaman prospektdə sürətlə hərəkətdə olan 4,250,000 rubl (92,650 manat) məbləğində olan “Porsche 911” markalı avtomobilin sürücüsü əyləcə vaxtında sıxa bilməyərək “Skoda”ya çırpılır.

Zərbənin təsirindən “Porsche 911” əks yol çıxır, “Skoda” isə daha bir ağ rəngli maşına dəyir.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man