Almaniya işğalçı dövləti işğala məruz qalan dövlətdən ayırmağı bacarmalıdır - Politoloq

Nəqliyyat xəbərləri 08 Oktyabr 2020 | 15:40
OXUNUB: 644

Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırışı və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması bizdə ciddi təəssüf və təəccüb doğurur. Ümumiyyətlə, birtərəfli qaydada atəşkəsə hər hansı ölkə tərəfindən çağırışların edilməsi münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına hesablanmış addımdır.

Avtosfer.az xəbər verir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi Azərbaycanın Almaniyaya dəfələrlə müraciət etməsinə baxmayaraq, bu ölkə tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməmiş, eyni zamanda işğalçı dövlətə qarşı hər hansı bir konkret addım atılmamışdır:

“Əvvəla, Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya bilməlidir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək təsbit ounmuşdur. Bundan əlavə, ATƏT-in Minsk Qrupunun üzvü kimi 30 ilə yaxın bir zaman kəsiyində Almaniyanın heç bir fəaliyyəti Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına xidmət etməmişdir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması istiqamətində ciddi tədbirlər görülməmişdir.

Bu gün Azərbaycan öz torpaqları uğrunda, öz ərazisində Ermənistanın təcavüzünə cavab kimi əks həmlə əməliyyatları həyata keçirir. Azərbaycanın torplarının işğalına son qoyulması xalqımızın haqlı tələbidir. Mövcud vəziyyətdə bizə qarşı hər hansı bir təzyiq elementlərinin ehtiva olunduğu istənilən açıqlama olduqca ədalətsiz və haqsızdır. Bu səbəbdən də Almaniya işğalçı dövləti işğala məruz qalan dövlətdən ayırmağı bacarmalı və buna müvafiq açıqlamalar verməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man