Yardımlıda 1 nəfərin ölümü, 1 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 15 radələrində rayonunun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi “QAZ-31029” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilib.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man