Ermənilər dünən Tərtərə 400-dən çox mərmi atıb, 10 ev tamamilə dağıdılıb

Nəqliyyat xəbərləri 07 Oktyabr 2020 | 09:30
OXUNUB: 807

Sentyabrın 27-dən oktyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub. 

Oktyabrın 6-də düşmən Tərtər şəhərinə 411-ə yaxın top mərmiləri atıb, nəticədə 10 ev tamamilə dağılıb, 36 evə isə ziyan dəyib, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. 

Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 338 evə ziyan dəyib, 84 ev isə tamamilə dağılıb.

Xatırladaq ki, ümumilikdə Tərtərdə 9 mülki şəxs həlak olub, 37 nəfər isə yaralanıb.  

Qeyd edək ki, oktyabrın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man