Ermənistanın Goranboya kasetli raket atması ilə bağlı daha bir rəsmi açıqlama

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 19:24
OXUNUB: 1014

04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

Bu  barədə Avtosfer.az-a Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilmişdir.

Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilmişdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man