27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar - VİDEO

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 21:18
OXUNUB: 912

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxındır işğal altına idi. Bu müddət ərzində Azərbaycanın igid oğulları bu yolda şəhid oldular və millətə torpaqlarının nə vaxtsa qaytarılacağı ümidini verdilər.

Belə ki, Azərbaycan Ordusunun iradəsi, gücü və əzmkarlığı sayəsində son on gün ərzində ölkəmizin tarixi əraziləri, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilir. Bu gün Azərbaycan Ordusu tarix yazır, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində antiterror əməliyyatı keçirir.  

Bu günlərdə torpaqları azad edilənlər üçün toydur, bayramdır. Oktyabrın 4-ü cəbrayıllılar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Ordusu onların 27 illlik həsrətinə son qoyub. Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edilib. Bu isə Cəbrayıl sakinlərinin öz elinə, obasına, tarixi ata-baba yurduna qovuşması deməkdir. Bu həm də torpaqlar üçün canlarından keçən şəhidlərin, Azərbaycanın igid oğullarının ruhlarının şad olması deməkdir.  

“Report” 27 il bundan əvvəl evləri, torpaqları işğal edilmiş, Vətən həsrəti ilə yaşayan cəbrayıllılarla danışıb.

Həmin videoreportajı təqdim edirik. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man