Düşmənin atəşə tutduğu Tərtər sakinləri: “30 ildir mərmi səsi ilə yaşamışıq, heç nədən qorxmuruq” - VİDEO

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 17:00
OXUNUB: 712

Ermənilərin artilleriya atəşinə tutduğu Tərtər əhalisi düşmənin təxribatlarına boyun əyməyəcəyini deyir.

Avtosfer.az-ın oxu.az-a istinadən verdiyi məlumatına görə, Tərtər rayon Hacıqərvənd kənd sakinləri heç bir halda öz dədə-baba yurdlarını, yaşayış evlərini tərk etməyəcəklərini deyirlər.

Kənd sakini Aynurə Bayramova deyir ki, 30 ildir biz bu mərmi səsləri ilə yaşayıb heç nədən qorxmamışıqsa, bundan sonra da bizi heç kim qorxuda bilməz:

“Mən bu torpaqlarda doğulmuşam, böyümüşəm. Bizim uşaqlığımız silah-mərmi səsləri ilə keçib. Özüm də müəlliməm. Düşmən bizi qorxuda bilməz. Biz başda Ali Baş Komandan olmaqla, Azərbaycan əsgərinin gücünə inanırıq. Azərbaycan xalqı prezidentin qərarlarını dəstəkləyir. Qısa zamanda qələbə bizim olacaq”.

Tərtər sakinləri gündəlik həyat tərzinə davam edir. Səbirsizliklə Azərbaycan ordusunun qələbə xəbərini gözləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man