Əks yola çıxan “Toyota” “PAZ”la toqquşdu; 6 uşaq anası öldü, 4 nəfər isə xəsarət aldı - ANBAAN VİDEO

Nəqliyyat TV 06 Oktyabr 2020 | 13:00
OXUNUB: 2344

Rusiyanın Bryansk şəhərində minik avtomobilinin və avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Sven qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, 36 yaşlı qadın idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən, qəfildən sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn 59 yaşlı sürücünü idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu ilə toqquşub. Zərbənin şiddətindən minik avtomobili  deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Toyota” sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobusu da olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzada dünyasını dəyişən qadın 6 uşaq anası imiş.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man