Naxçıvan DTX Ermənistana aid mühüm sənədlər yaydı - FOTO

Nəqliyyat xəbərləri 05 Oktyabr 2020 | 20:35
OXUNUB: 1243

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistana aid mühüm sənədlər yayıb.

Avtosfer.az həmin fakt və məlumatları təqdim edir:

“Müharibə dövründə Ermənistan vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina etmələrini sübut edən sənədlər əldə olunmuşdur. Həmin sənədlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan polis orqanlarına və qondarma “Dağlıq Qarabağ Respublikası”nın Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Azərbaycanın erməni təxribatına qarşı 27 sentyabr 2020-ci il tarixindən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı, guya dünyanın müxtəlif ölkələrində olan erməni əsilli şəxslərin döyüşmək üçün könüllü olaraq Qarabağa gəlməsi barədə Ermənistan tərəfindən mütəmadi olaraq yayılan məlumatların yalan olduğu müəyyənləşmişdir. Belə ki, Naxçıvan Muxar Respublikası Dövlət Təhlüksəziliyi Xidməti tərəfindən düşmən Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir”.

Həmin sənədləri Azərbaycan və erməni dilində təqdim edirik.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man