Dayanacaqda qadın avtomobillə 3 yaşlı oğlanı vurdu – ANBAAN VİDEO

Nəqliyyat TV 05 Oktyabr 2020 | 13:56
OXUNUB: 2731

Rusiyada qadının avtomobillə azyaşlını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Vladivostok şəhərində yerləşən ticarət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.

Kadrlarda, yanında azyaşlı oğlan olan uşaqlı arabalı qadının irəlilədiyi və bu zaman avtodayanacağa “Toyota Pirus” markalı avtomobilin daxil olduğu görülür.

Ardınca avtomobilin gəldiyini görən azyaşlı yolu qaçaraq tez keçməyə çalışır. Sanki avtomobili gözübağlı sürən qadın 3 yaşlı oğlanı vurur. Zərbənin təsirindən uşaq asfalta dəyir. Ana tez uşağın köməyinə qaçaraq onu qucağına alır və maşın sahibinə öz iradlarını bildirir.

Hadisənin digər təfərrüatları barədə isə məlumat verilmir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man