Ağsuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 15 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Xəlilli kənd sakini C.Kərimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Fərhad Həsənovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man