Bakıda mikroavtobus piyadanı vurduqdan sonra aşdı - FOTO

Yol qəzaları 05 Oktyabr 2020 | 10:35
OXUNUB: 573

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı mikroavtobus qəzaya uğrayıb. APA xəbər verir ki, hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb. 60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu “Hyundai” markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Zərbənin gücündən “Hyundai” yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib.

Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man