Çində yük maşını qəza törədib, 6 nəfər ölüb

Yol qəzaları 05 Oktyabr 2020 | 10:10
OXUNUB: 539

Çinin Qansu əyalətində yük maşını kənd təsərrüfatı malları bazarına çarpılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, insident nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə Dinsi şəhər dairəsindəki Çabunjen kəndi ərazisində baş verib. Sürücü hələ müəyyən edilməmiş səbəbdən maşınının idarəetməsini itirib.

Beş nəfər hadisə yerində ölüb, 1-i isə xəstəxanaya aparılarkən keçinib. Yaralılardan 5-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Səlahiyyətli şəxslər hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man