Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı

Nəqliyyat xəbərləri 05 Oktyabr 2020 | 09:12
OXUNUB: 1061

Cəbhədə şiddətli döyüşlər davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur. 

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxanoğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb. 

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man