Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol – Gorus-Xankəndi yolu darmadağın edilib. Avtosfer.az xəbər verir ki, yolun Laçın rayonunun mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edilib.
Beləliklə, Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayanıb. Hazırda əraziyə tələsik cəlb olunan erməni mühəndisləri körpünün bərpası üçün işlərə başlayıb.
Körpünün vurulma anının videosu yaxınlıqdakı nəzarət kameralarına qeyd olunub.
Görüntüləri sizə təqdim edirik.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man